Xalq artisti, dosent Gülyanaq Məmmədova Türk Dünyası mədəniyyətinin təbliğindəki xidmətlərinə görə BZT-Turan Akademiyasının Fəxri Doktoru adına layiq görülüb.
Kult.az-ın məlumatına görə, bu barədə sənətçi özü məlumat verib.
Gülyanaq Məmmədova sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, tədbirdən fotolar paylaşıb.
Qeyd edək ki, Gülyanaq Məmmədova 10 iyun 1973-cü ildə Şəkidə anadan olub.