top
Generalı yoldan çıxaran Qəbələ şabalıdı
05 noyabr 2025, 11:39
- ↺ +

Generalı yoldan çıxaran Qəbələ şabalıdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov xidmətdə olduğu dövrdə şabalıd biznesi ilə məşğul olub.

Qafqazinfo.az-ın məlumatına görə, bununla bağlı faktlar onun barəsindəki istintaq materiallarında yer alıb.

Bundan əvvəl generalı onunla eyni nazirlikdə işləyən kapitan Ayaz Bayramov aldadıb. Onlar şabalıd biznesinə görə sövdələşiblər.

General hazırda kapitandan şikayətçidir. İş materiallarından görünür ki, Raul Zeynalov kapitana böyük məbləğdə sərmayə ayırmaqla ölkədə şabalıd biznesinin başına keçməyi planlaşdırıb. Onların ilk söhbəti də elə bu mövzuda başlayıb. Kapitan generalı inandırıb ki, özü Qəbələdə böyüyüb və rayonda şabalıd, qoz-fındıq alveri ilə bağlı yaxşı təcrübə toplayıb. Bayramov generala vəd verib ki, onun buraxdığı pullarla Qəbələdən Bakıya tonlarla şabalıd gətirəcək və satış sonrası yaxşı gəlir əldə edəcəklər. O, Bakıda şabalıd biznesini ələ keçirmək üçün 3 milyon, bütün Azərbaycanda bu işə hakim olmaq üçün isə 4-5 milyon manat lazım olduğunu deyib. Bu sözlər generalı daha da şirnikləndirib, o, biznesə pul buraxmağa razılıq verib.

Epizodların birində qeyd olunur ki, R.Zeynalov nazirlikdəki xidməti otağında Ayaza bir neçə dəfə pul verib. Biznesin yavaş-yavaş irəli getdiyini düşündükdə isə hətta qohumlarından da borc alaraq şabalıd alverinə ayırıb. Lakin general istintaqda, ümumiyyətlə, Ayaz Bayramovun şabalıd alveri etməsindən xəbərsiz olduğunu, onun sadəcə vatsapda Bakıya daşınan məhsulun şəkillərini atdığını deyib.

Gələcəkdə məhkəmənin araşdıracağı əsas məsələlərdən biri də məhz bu olacaq. Çünki Zeynalov şabalıdın necə alınıb-satıldığını görmədiyini iddia etsə də, uzun müddət bu biznesin davam etməsinə pul xərcləyib. Bu ziddiyyətli məsələnin araşdırılması müdafiə tərəfinin də xüsusi marağındadır.

Cinayət işində belə bir maraqlı epizod da var ki, general Zeynalov nağd pulu olmadığı vaxtlarda biznesin axsamaması üçün yaxınlarının adına rəsmiləşdirdiyi “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobilləri də girov qoyaraq pul götürməsi üçün Ayaz Bayramovun adına keçirib.

Yeri gəlmişkən, haşiyəyə çıxaraq əvvəlki məhkəmə prosesində zərərçəkmişlərdən birinin Ayazın pul götürməyə bahalı maşınlarla gəldiyini deməsini də xatırladaq. Amma hazırda həbsdə olan kapitan Ayaz Bayramov generalın dediklərini qətiyyən qəbul etmir. O, Raul Zeynalovun təşəbbüsü ilə həbs edildiyini, digər zərərçəkmişləri də onun öyrətdiyini deyir.

İttiham aktındakı tarixlərdən görünür ki, 2024-cü ilin sonlarına kimi generalla kapitanın əlaqələri davam edib. Elə həmin ərəfələrdə də o, FHN-dəki vəzifəsindən azad edilərək ehtiyata göndərilib. Bu qərar generalın başı şabalıd biznesinə qarışması ilə əlaqələndirilir. Çünki onunla birlikdə başqa bir neçə zabit də nazirlikdəki işini itirib.

Cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Ayaz Bayramov 3 milyon manat ələ keçirməklə xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Hazırda iş Bakı Hərbi Məhkəməsindədir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər