Quba, Qusar və Xaçmaz rayonlarının gəncləri üçün “Expressbank” iş imkanları yaradacaq. Bu barədə ShimalNews 8 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Dekabrın 10-u, saat 11:00-da “Expressbank”ın Xaçmaz filialında “Karyera günü” təşkil olunacaq. İştirakçılara mövcud vakansiyalar və bank haqqında məlumatlar təqdim ediləcək.