top
Gəncə qapıları: Bir tayı Dərbənddə, digəri isə Gürcüstanda
05 may 2025, 14:45
- ↺ +

Gəncə qapıları: Bir tayı Dərbənddə, digəri isə Gürcüstanda

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1063-cü ildə Şəddadilər dövlətinin hökmdarı Əbüləsvar Şavur, Gəncənin girişində, xarici hücumlardan qorunmaq məqsədi ilə, böyük dəmir qapıların quraşdırılmasını əmr etmişdir.

I Şavurun əmri ilə qapıların bir tayında ərəbcə yazı həkk olunmuşdur. Yazının mətnində deyilir: “Mərhəmətli və rəhimli Allahın adı ilə həşəmətli mövlamız və əmrimiz Seyid Şavur ibn Əl-Fəzl (Allah onun hökmdarlığını uzun etsin) bizə bu qapını Qazi Əbul Fərəc Məhəmməd ibn Abdullanın (Allah onun qabiliyyətini çox etsin) inayəti ilə bu qapını qurmağa əmr etdi. Dəmirçi İbrahim ibn Osmanın Ənqaveyhin işi (hicri 455-ci il)”.

30 sentyabr 1139-cu ildə Gəncədə zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdır. Bundan istifadə edərək, gürcü hökmdarı, I Demetri, Gəncəni qarət etmişdir. Geri dönəndə isə Gəncə qapılarını qənimət kimi özü ilə Gürcüstana aparmışdır.

Bu qapıların Gürcüstana aparılması haqda hekayə var. Deyilənə görə, bir neçə ton ağırlığında olan, bu qapılar zəlzələdən sağ qalan Gəncə sakinləri tərəfindən aparılıb. Onların çoxunun qapının ağırlığı altında öldüyü söylənilir.

Hal-hazırda yazı olan qapı tayı Gürcüstanda, Gelati monastırın cənub divarında yerləşir. Qapının digər tayı haqda isə müxtəlif fikirlər mövcuddur. Gürcüstan SSR Elmlər Akademiyasının əməkdaşlarının sözlərinə görə, qapılardan biri korroziyaya uğrayıb və məhv olub.

Tarixçi İmaddədin Əl-İsfəhaninin əsərində qapı ilə bağlı belə yazmışdır: “Arran hökmdarı Qara Sonqur özünü gəncəlilərə yetirmiş, gürcülərdən intiqam almış, qapını da gətirmiş, yeni Gəncə saldırmış, onu da oraya asdırmışdır“.

Maarifçi Cavad bəy Rəfibəyli “Azərbaycan təsviri sənətin inkişaf tarixi” əsərində qapılar haqda yazlb: “… gürcü çarı I Demetri Gəncə qapısının iki tağını deyil, Gürcüstana bir tağını aparmışdır. İkinci tağ Dərbəndə gedib çıxmış və orada əridilmişdir” (ondan güllə düzəldiyi söylənilir)”.

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər