Quba rayonunda yanğın baş verib. Bu haqda ShimalNews 23 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Sırt Çiçi kəndində ümumi sahəsi 50 kv.m olan talvarın taxta atmaları 10 kv.m sahədə və altına yığılan 8 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Talvarın və 2 ton ot bağlamasının qalan hissəsi alovdan mühafizə olunub.