FHN-in Şimal Regional Mərkəzi maarifləndirici tədbir keçirib. Bu barədə ShimalNews 6 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Tədbir Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba və Xaçmaz rayonlarının Mərkəzləşdirilmiş kitabxana sistemlərində baş tutub. Burada fövqəladə halların təsnifatı, “112” qaynar telefon xəttinin təyinatı izah olunub, eləcə də ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbir zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb.