Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.
Shimal.News məlumat verir ki, kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılır.
Nazir proseslə tanış olub, ona icra vəziyyəti barədə məlumat verilib. Sonra Fərid Qayıbov işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılmasının, eləcə də mövcud infrastrukturdan səmərəli istifadənin təmin olunmasının vacibliyini vurğulayaraq, müvafiq tövsiyə və tapşırıqlarını verib.