top
Evliliyini rəsmiləşdirə bilməyən gənc həbs olunub — TƏFƏRRÜAT
26 mart 2025, 15:04
- ↺ +

Evliliyini rəsmiləşdirə bilməyən gənc həbs olunub — TƏFƏRRÜAT

30 yaşlı Fərid yetkinlik yaşına çatmayan Xalidə ilə ailə qurmaqda və onunla cinsi əlaqədə olmaqda ittiham olunub.

Demokrat.az-ın məlumatına görə, 2023-cü il iyulun 15-də Salyan rayonunun kəndində yerləşən şadlıq sarayında toy məclisi təşkil olunub. Həmin günün gecəsi Fərid yaşadığı Salyan şəhərindəki evində Xızı rayon sakini, 16 yaşına çatmadığını bilə-bilə Xalidə ilə cinsi əlaqədə olub.

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib:

“2022-ci ilin may ayında anam Fəranə Xızı rayonunun kəndində yaşayan qohumum Xalidənin mobil nömrəsini taparaq evlənmək məqsədilə əlaqə saxlamaq üçün mənə verdi. Mən də həmin vaxtdan Xalidə ilə əlaqə saxlayıb danışdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2023-cü ilin iyul ayının əvvəllərində Xalidə ilə razılaşıblar ki, onu öz istəyi ilə qaçırsın və daha sonra yaxın günlərdə toy etsin:

“Bundan sonra həmin vaxt Xalidəni yaşadığı Xızı rayonundan öz istəyi ilə qaçıraraq Salyan şəhərində yaşadığım evə gətirdim. Xalidənin və ailə üzvlərinin razılığı ilə 2023-cü ilin iyul ayının 15-də Salyan rayonu kəndində yerləşən şadlıq sarayında toy oldu. İlk dəfə həmin gün Xalidə ilə cinsi əlaqədə oldum. Həmin gündən etibarən Xalidə ilə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşadım”.

Fərid bildirib ki, ailə həyatı qurduqdan sonra o və Xalidə rəsmi nikah bağlaya bilməyiblər:

“Xalidə yetkinlik yaşına çatmadığı üçün onunla rəsmi nikah bağlaya bilmədim. Xalidənin 38-39 həftəlik hamilə olması ilə əlaqədar 22 avqust 2024-cü ildə,  gecə saatlarında onu Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə apardıq.

İki gün sonra, yəni avqustun 24-də xəstəxananın doğum şöbəsində qız övladımız dünyaya gəldi. Daha sonra övladım üçün Salyan “ASAN xidmət” mərkəzinə gedərək öz adıma atalığın müəyyən edilməsi haqqında şəhadətnamə aldım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, Xızı rayonunun kəndində qeydiyyatda olmaqla Salyan şəhərində qeyri-rəsmi əri Fərid və onun ailə üzvləri ilə birlikdə yaşayır:

“Fəridin anası Fəranənin xalası nəvəsi olmaqla qohumuq. 2022-ci ilin may ayında Fəridin anası Fəranə mənim razılığım ilə mobil nömrəmi evlənmək məqsədilə əlaqə saxlamaq üçün oğluna verib. Həmin vaxtdan Fəridlə telefonla əlaqə saxlayaraq danışdıq”.

Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin iyul ayının əvvəllərində Fərid yaxın günlərdə toy etmək üçün razılığı ilə onu qaçırıb və  Salyan şəhərində yaşadığı evə gətirib:

“Mənim və ailə üzvlərimin razılığı ilə 16 yaşı tamam olmamış 2023-cü ilin iyul ayının 15-də Fəridlə toy məclisimiz oldu və ilk dəfə həmin gün Fərid mənimlə təbi yolla cinsi əlaqədə oldu. Həmin gündən etibarən Fəridlə mən qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşayıb və cinsi əlaqədə olurduq.

Ailə həyatı qurduqdan sonra mən və Fərid rəsmi nikah bağlaya bilməmişik. Çünki mənim nikah yaşım tamam olmayıb. Bu səbəbdən də Fərid mənimlə rəsmi nikah bağlaya bilməyib. Mənim 38-39 həftəlik hamilə olmağım ilə əlaqədar 22 avqust 2024-cü ildə, gecə saatlarında Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə aparıldım. Avqustun 24-də Fəridlə bir qız övladımız dünyaya gəldi”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza alıb.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
23 sentyabr 2026, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
23 sentyabr 2026, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
23 sentyabr 2026, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
23 sentyabr 2026, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
23 sentyabr 2026, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
23 sentyabr 2026, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
23 sentyabr 2026, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
23 sentyabr 2026, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
23 sentyabr 2026, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
23 sentyabr 2026, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
23 sentyabr 2026, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
23 sentyabr 2026, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Oxşar xəbərlər