Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında yoxlamalar aparılıb. Bu barədə ShimalNews 20 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torların yığışdırılması həyata keçirilib. Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyadan və Mingəçevir su anbarından ümumilikdə 1060 metr uzunluğunda 24 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.
Bu kimi tədbirlər davam etdiriləcək.