Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında yoxlamalar aparılıb. Bu barədə ShimalNews 16 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torların yığışdırılması həyata keçirilib. Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyasından, Kür çayından və Mingəçevir su anbarından ümumilikdə 940 metr uzunluğunda 15 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.
Bu kimi tədbirlər davam etdiriləcək.