Quba və Xaçmaz rayonlarında yaşıllıqların məhv edilməsi faktları aşkar olunub. Bu haqda ShimalNews 25 aprel tarixində məlumat verir.
Nəzarət tədbirləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilib. Araşdırma zamanı qanun pozucularının Quba rayonu Rustov kənd sakini Famil İslamov, Xaçmaz rayonu Ağarəhimoba kənd sakini Şafiq Əkbərov olduqları müəyyən edilib.
Faktlarla bağlı onların barələrində protokol tərtib olunub. Qanun pozucuları inzibati məsuliyyətə cəlb ediliblər.