Quba və Şabran rayonlarının yanğından zərər görmüş ərazilərində meşəbərpa tədbirləri keçirilib. Bu haqda ShimalNews 29 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Yay aylarında yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb:
“Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.