Bu gün İsmayıllı rayonunda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini sakinləri qəbul edib. Bu haqda 10 oktyabr tarixində ShimalNews quruma istinadən məlumat verir.
Hidayət Abdullayev tərəfindən təşkil olunan görüşdə şəhid ailələrinin üzvləri və müharibə veteranları da iştirak ediblər. O, vətəndaşların suallarını cavablandırıb. Səsləndirilən müraciətlərin həlli ilə əlaqədar tədbirlər görülüb.