Ədliyyə nazirinin Şəki şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Shimal.News xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədovun martın 14-də Şəki şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul aprelin 4-də keçiriləcək.