Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq məqsədilə Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələrin Quba və Qusar rayonlarına səfəri təşkil edilib. Bu barədə ShimalNews 7 may tarixində məlumat verir.
Qonaqlar tarixi abidələr barədə məlumatlandırılıblar. Eləcə də bölgənin digər görməli yerləri ilə yaxından tanışlıq baş tutub.