"Xınalıq və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq. Bu barədə ShimalNews 8 may tarixində Apa-ya istinadən məlumat verir.
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Hazırda məsələ qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq, bu ilin sentyabr ayında komitənin iclasında müzakirə aparılacaq.
"Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb", - deyə Azadə Hüseynova əlavə edib.