top
Dövlət qurumlarının saytlarını hədəf alan “govaz.am” domeni BLOKLANDI
21 fevral 2025, 11:15
- ↺ +

Dövlət qurumlarının saytlarını hədəf alan “govaz.am” domeni BLOKLANDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış “govaz.am” adlı saxta domeni bloklayıb.

Report.аz-ın məlumatına görə, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.

İdarə rəisi, həmçinin ötən gün bir sıra media qurumlarının, o cümlədən "Report" İnformasiya Agentliyinin saytına da kiberhücumların edildiyini xatırladıb.

Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə deyib ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, dövlətimizin günü-gündən möhkəmlənməsi heç də hər kəsin sevincinə səbəb olmur:

"Bütün bu uğurları gözü götürməyən qüvvələr var. Biz bunu istər dövlət, istərsə də özəl sahələrə qarşı həyata keçirilən kiberhücum tendensiyalarından da görə bilirik. Dünən media qurumlarının saytlarına qarşı həyata keçirilən kiberhücumlar dediklərimin bariz nümunəsi kimi özünü göstərir.

Belə hücumlar həmişə olub və olacaq. Dövlət orqanları istiqamətində olan belə hücumlar demək olar ki, tam şəkildə aradan qaldırılır. Media qurumlarına gəlincə isə hücumlar əsasən resursları kənarda yerləşdirilənlərə olur. Bu məsələlərdə bir az diqqətli olmaq lazımdır. Maarifləndirmə işləri aparılmalı, görüşlər keçirilməli, lazımi tədbirlər görülməlidir ki, belə halların qarşısını tez ala bilərik. Bəzən bizə elə gəlir ki, açıq mənbələrdə elə bir məlumat yoxdur. Ancaq xüsusi xidmət orqanları açıq mənbələrdən apardığı təhlil məlumatları ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Belə bir sual çıxır ortaya, Əgər açıq mənbələrdə heç nə yoxdursa, niyə ora kiberhücumlar olur? Bu nöqteyi-nəzərdən indiki zamanda hər şeyə sadə baxmamalıyıq. Hər şeyə təhlükəsizlik prizmasından baxmaq lazımdır. Hər kəs fəaliyyət göstərdiyi sahədə təhlükəsizliyni təmin edilməsi imkanlarını tam tətbiq etməlidir".

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər