Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
Shimal.News xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə, Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.