General-polkovnik Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirəcək. Bu barədə ShimalNews 29 noyabr tarixində DİN-ə istinadən məlumat verir.
Tədbir dekabr ayının 7-si təşkil olunacaq. Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbula yazılmaq istəyənlər dekabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, yaxud DİN-in (mia.gov.az) internet saytı vasitəsilə və ya sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
İştirakçılardan şəxsiyyət vəsiqəsi tələb olunur.