Qusar rayon ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Bu haqda ShimalNews 27 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Nəticədə yüksək səs effektləri ilə təchiz olunan külli miqdarda müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.