Qubada polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların kibermaarifləndirilməsi məqsədi ilə tədbirlər keçirilib. Bu haqda ShimalNews 20 may tarixində məlumat verir.
Ərazidə, eləcə də məlumatverici lövhələr quraşdırılıb. Bildirilib ki, son zamanlar bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilir. Onların bank kart məlumatlarının əldə edilməsi halları baş verir. Bu hallara qarşı vətəndaşların diqqətli olmaları və dərhal polisə məlumat vermələri tövsiyə edilib.