Qubada pirotexniki vasitələr satan şəxslər yaxalanıblar. Bu haqda ShimalNews 27 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 2 nəfərin satışla məşğul olması müəyyən edilib. Rayon sakinləri tərəfindən satılan pirotexniki vasitələr maddi sübut kimi müsadirə edilib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.