top
Deputat: Tələbə təqaüdləri minimum yaşayış həddinə çatdırılmalıdır
07 yanvar 2025, 10:27
- ↺ +

Deputat: Tələbə təqaüdləri minimum yaşayış həddinə çatdırılmalıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tələbə təqaüdləri ilbəil artır, ancaq yenə də yaşayış minimumuna çatmır. Belə olduğu halda tələbələr ya işləməli, ya da valideynlərinin onlara verdiyi xərcliklərlə yaşamağa çalışmalıdırlar. Çox zaman isə tələbə olduqları üçün işəgötürənlər onları “part-time” işə götürməkdən imtina edirlər.

Tələbələrin maddi durumunu yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin elm və təhsil komitəsinin deputatı Elçin Mirzəbəyli AzEdu.az-a açıqlamasında bildirib ki, tələbə təqaüdlərinin minimum yaşayış həddinə çatdırılması praqmatik və doğru yanaşma olar:

“Tələbə təqaüdləri məsələsinə iki əsas kontekstdən yanaşmaq lazımdır. Birincisi, tələbələrin qismən də olsa ehtiyaclarının qarşılanması, ikincisi isə motivasiya vasitəsi kimi istifadə edilməsi. Tələbə təqaüdlərinin minimum yaşayış həddinə çatdırılması düzgün yanaşma olardı. Düzdür, bu məsələ büdcənin imkanlarından asılıdır, amma düşünürəm ki, imkan varsa, bu məsələyə baxılmalı və həll yolları araşdırılmalıdır.

Azərbaycanda təqaüdlər, indiki reallıqlara uyğun olaraq, heç vaxt tələbələrin bütün ehtiyaclarını qarşılamaq məqsədi daşımayıb. Ölkəmizdə bu tip xüsusi proqramlar mövcud deyil. Lakin, gələcəkdə bəzi universitetlər fitri istedadı olan tələbələri xüsusi proqramlar çərçivəsində qəbul edərək, onların bütün ödənişlərini qarşılayaraq təhsil almasını təmin edə bilərlər. Mənim fikrimcə, beynəlxalq təcrübəni nəzərə alaraq bu cür yanaşmalara da baxmaq mümkündür”.

Millət vəkili qeyd edib ki, şirkətlər tələbələri işə götürməlidir:

“İş sahiblərinin, xüsusilə də özəl şirkətlərin tələbələr üçün sərbəst vaxtlarında işləmək imkanı yaratmalarını vacib hesab edirəm. Təbii ki, bu, hər bir şəxsin fərdi yanaşmasından asılıdır, amma unutmaq lazım deyil ki, təhsil milli məsələdir. Bizim sahibkarlarımız da yalnız öz mənfəətlərinə və maraqlarına xidmət etməməli, eyni zamanda milli hədəflərə də töhfə verməlidirlər.

Dünyanın hər yerində özəl müəssisələrin təhsilə verdiyi ciddi dəstəyə rast gəlirik. Təəssüf ki, ölkəmizdə bu cür təcrübələr çox yayılmayıb və onlara nadir hallarda rast gəlmək olur.

Tələbələr üçün iş yerlərinin təmin edilməsi və onlara bu imkanların yaradılması həm də onların mütəxəssis kimi yetişməsinə kömək edən vacib bir vasitədir. Yaxşı olardı ki, şirkətlər tələbələri ixtisaslarına uyğun işlərə cəlb etsinlər. Bu, onlara həm qazanc əldə etmək, həm təhsillərini davam etdirmək, həm də praktik təcrübə toplamaq imkanı yaradacaq”.

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər