top
Deputat: Qaz istehlakçılarının 48 faizi üçün illik artım cəmi 3,84 manat olub, əsas artım böyük villaların üzərinə düşüb
04 yanvar 2025, 14:32
- ↺ +

Deputat: Qaz istehlakçılarının 48 faizi üçün illik artım cəmi 3,84 manat olub, əsas artım böyük villaların üzərinə düşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda təbii qaz üzrə ölkədaxili tarif maya dəyərindən aşağı olduğu üçün qiymətlərin tənzimlənməsinə zərurət yaranıb və dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək qərarlar qəbul edilib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində müəyyənləşib. 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə cəmi 1,3 qəpik (8,7%) artırılıb: “Başqa sözlə, yeni tariflərin tətbiqindən sonra illik sərfiyyatı 1200 m3 olan 48% əhali üçün illik xərc orta hesabla 3 manat 84 qəpik artacaq. Bu göstərici əhalinin 39%-ni təşkil edən illik sərfiyyatı 1200 m3-dən – 2500 m3–dək olan istehlakçılar üzrə orta hesabla 17 manat 16 qəpik, ümumi əhali istehlakçılarının 13%-ni təşkil edən illik sərfiyyatı 2500 m3–dən çox olan istehlakçılar üzrə orta hesabla 89 manat 52 qəpik olacaq. Beləliklə, bu xərclər 48% abonent üzrə ayda 32 qəpik, 39% abonent üzrə ayda 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə ayda 7 manat 46 qəpik artacaq. Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - cəmi yarım qəpik artırılıb. Beləliklə, əsas artım böyük villaların üzərinə düşüb”.

Müşfiq Cəfərov deyib ki, bu il minimum əməkhaqqında artımı və minimum pensiyada nəzərdə tutulan artım nəzərə alınsa, əhali üçün təbii qazın qiymətində dəyişiklik zamanı həssas sosial qrupların mənafeyinin qorunmasının diqqət mərkəzində olduğu bir daha aydın olar: “Bir kub metr qazın qiyməti əhalinin 48 %-i üçün 4,2 %, əhalinin 39%-i üçün isə 10 % artırılıbsa, yanvarın 1-dən minimum əməkhaqqı 15,9 faiz artırılıb, fevralın 1-dən minimum pensiya 14,2 faiz artırılacaq”.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü təbii qazın ölkədaxili tariflərinin dəyişməsindən sonra da Azərbaycanda əhali üçün qazın qiymətinin qonşu ölkələrdən aşağı olduğunu bildirib: “Tariflərin tənzimlənməsindən sonra əhali istehlakçıları üzrə təbii qazın 1000 kub metrinin qiyməti Azərbaycanda 125-300 manat olacaq. Manat ekvivalenti ilə götürülsə, bu göstəricinin Gürcüstanda ən aşağı səviyyəsi 210 manat, yuxarı səviyyəsi isə 328 manat təşkil edir. Eynilə Türkiyədə 462-519 manat, Ermənistanda 430-618 manatdır”.

Müşfiq Cəfərov təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildiyini də bildirib. Onun sözlərinə görə, bu zaman da əhalinin sosial müdafiəsi əsas götürülüb. Əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə 0,4 qəpik (5%) artırılıb.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü suyun qiymətində artımın olması barədə deyilənlərin isə əsassız olduğunu vurğulayıb: “Manipulyasiya olunur ki, suyun da qiyməti qalxıb. Halbuki heç bir artım olmayıb, sadəcə qoşulmalara görə tariflər müəyyən olunub”.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər