Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayon sakinlərinin qəbulunu keçirəcək.
Shimal.News xəbər verir ki, tədbir aprelin 8-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.