Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsində yeni təyinat baş tutub. Bu barədə ShimalNews 12 iyul tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovun əmrinə əsasən, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov adı çəkilən qurumun rəisi vəzifəsinə təyin olunub.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi İsmayıllı rayonunda yerləşməklə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarını əhatə edir.