Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xızı rayonunda çörək istehsalı müəssisəsində yoxlama aparıblar.
Shimal.News xəbər verir ki, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs Mehparə İlyasova Ağahüseyn qızına məxsus obyekt təftiş edilib.
Nəticədə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxşliyi, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində Azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarının gözlənilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və çörək istehsalı məhdudlaşdırılıb.
