top
“Cinsiyyətin dəyişdirilməsi İslamda yolverilməzdir”- Şimal bölgəsi üzrə qazı ilə ÖZƏL MÜSAHİBƏ
11 mart 2025, 17:05
- ↺ +

“Cinsiyyətin dəyişdirilməsi İslamda yolverilməzdir”- Şimal bölgəsi üzrə qazı ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Ramazan ayının on birinci günüdür. Ramazan ayı, oruc tutanlar üçün mənəvi bir təmizlik və ibadət dövrüdür. Hər gün oruc tutarkən həm bədəni, həm də ruhu təmizləmək məqsədi güdülür. Bu müddət ərzində sevdiklərinizlə daha çox vaxt keçirmək, xeyirli işlər görmək və dua etmək xüsusilə dəyərlidir.

Shimal.News -un əməkdaşı Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsi üzrə qazısı Hacı Naib Səttarov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Ramazan ayının ilk on günlüyündəyik. Bu münasibətlə sizi təbrik edirik. Ramazan ayı müsəlman üçün nə anlama gəlir? Bu ayı digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır?

- Mən də sizi Ramazan ayı münasibəti ilə təbrik edirəm. Allah işlərinizi uğurlu etsin. Gələn günlər keçənlərdən daha xeyirli və uğurlu olsun.

Ramazan ayı ilahi ziyafət ayıdır. Bu ay Allahın özünəməxsus olan bir aydır. Bu ayda bütün şeytanlar zəncirlənər və insanın  günah yolu bağlanar. Ancaq insan bütün varlığı və vücudu ilə özünü Allaha tabe etməlidir.

Ramazanı digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri odur ki, bu ayda olunan ibadət digər aylarda edilən ibadətlərdən 1000 dəfə fəzilətlidir. Bu ayda Qədir və “Qurani-Kərim” nazil olan gecələr var. Bunlar dualar qəbul edilən gecələrdir. Ramazan ayında insan özünü ancaq Allaha həsr etməlidir. Bir bəndə kimi özünü ilahi məbudun qarşısında hiss etməlidir. Bütün varlığını və vücudunu Allaha təslim etməlidir.

- Ramazan orucu özünü müsəlman hesab edən hər bir şəxsə vacibdir. Amma bəziləri müxtəlif bəhanələrlə (işin çoxluğu, aclığa taqəti olmaması və s.) bu ay oruc tutmurlar. Bu məsələ barədə dinin nəzəri necədir?

- Ramazan ayı bütün müsəlmanlara zərurət olmadığı halda vacibdir. Bəzi hallarda şəxs xəstədirsə, səfərdədirsə və ya ac qalmaq səhhətində problem yaradacaqsa onlara istisnadır. Lakin heç bir problemi olmadan oruc tutmayanlar da var. Onlar şəxsi bəhanələrini səsləndirirlər. Şəriətimizdə bu cür məsələlərə yer yoxdur. Yalnız öz-özünü aldatmış olar.

- İslam müasir dünyada bəzən çox qorxunc təqdim olunur. Səbəbi nədir?

- Bu çox gözəl sualdır. İslam sülh əmin-amanlıq, qardaşlıq, dostluq, mehribançılıq və məhəbbət dinidir. İslamda hansısa dinlərə qarşı xor baxış yoxdur. Ramazan özü bir məhəbbətdir.

Şimal bölgəsində müxtəlif məzhəblər  və dini icmalar var. Biz hamısı ilə əlaqə yaradırıq. Bayramlarda bayramlaşırıq. Xeyirdə və şərdə hər kəs bir-biri ilə yaxından münasibət qurur.  Bu yaxınlarda Quba sinaqoqunda tədbirimiz keçirilib. Dünyanın bir çox yerindən -Fransadan, İsraildən, Amerikanın bir neçə ştatından zənglər oldu. Dedilər ki, “sizə baxırıq, Qubada  yəhudi və müsəlman arasında vəhdət yaradırsınız”. Bu, belə də olmalıdır. Çünki Azərbaycan dünyada tolerantlıq sahəsində nümunədir.

- Moizələrinizdə insanlara əsasən hansı dəyərləri aşılamaq istəyirsiniz?

- Moizələrimizdə birinci Allahı tanımaq, sevmək, insanlara məhəbbət aşılanır. Vətənpərvərlik əhval-ruhiyyəsində insanları tərbiyələndirməyə çalışırıq. Ailə ictimaiyyət sevgisi, insanlara qayğı, diqqət, ədəb və əxlaqi kimi dəyərləri təbliğ edirik. İslam dinində heç bir qorxunc hal yoxdur. Onu aşılayırıq. Elmə və elm insanlarına qiymət verilir. Dövlətə və dövlət xadimlərinə böyük önəm verilir.

- Müasir dövrdə dini təhsil və tədrisin rolu haqqında nə düşünürsünüz?

- Azərbaycan hər sahədə gənc bir dövlətdir. Uzun illər Sovet İttifaqının əsarəti altında qalmışıq. Elmi ateizm cərəyanı inkişaf edib. Müstəqillikdən sonra İslam universiteti, Dini Qurumla üzrə Dövlət Komitəsi, bir çox başqa kolleclərin fəaliyyətə başlaması xalqımızın mənəvi ehtiyacının ödənilməsində rol oynadı.

İslam dinində elmə böyük yer verilir. İslam dinində tədrisin rolu çox mühümdür. Get-gedə daha da yaxşı olacaq. Dünyaya inteqrasiya edəcək. Tanınmış bir dövlətdir. Milli -mənəvi dəyərlərimizə xüsusi önəm verilir. Sovet dövründə İslam dininə hər cür damğa vururdular. Daha da yaxşı olacağına ümid edirəm.

- Gənclərin dini, mənəvi və əxlaqi dəyərlərimizə, irsimizə münasibətləri barədə nə deyə bilərsiniz? Vəziyyət sizi qane edirmi?

- Gənclərin həm dini, həm də mənəvi əxlaqi dəyərlərə, irsimizə, adət- ənənələrimizə münasibəti məni qane etsə də, bəzi istisnalar da olur. Özümüz olmaq ilə yanaşı özgələşmişik. Başqalarının təsiri altına düşə bilərik. Adət-ənənələrimizi, milli-mənəvi əxlaqi dəyərlərimizi, irsi münasibətlərimizi qoruyub saxlamalı və aşılamalıyıq. Gənc nəslə təhvil verməliyik. Bunlar hamısı bizim kökümüzdən gəlir. Özgə adət-ənənələr olur. Onlar da bəzən cəlb edir. Çünki dünyəvi dövlətik. Hər ikisi olmalıdır. İrsi münasibətlərimiz inşallah daha çox inkişaf edəcək.

- Şimal bölgəsinin insanlarının dinə münasibəti necədir?

- Şimal bölgəsində respublikanın hər yerində olduğu kimi bizdə də sağlam düşüncəli, dinə qarşı məhəbbəti olanlar, dindən qaçanlar, dini mədəniyyət, əxlaq sayanlar, dini geridə qalmışlıq kimi qəbul edən insanlar da var.

- Bəziləri müqəddəs Quran kitabından şəxsi mənafeləri üçün istifadə edir. İnsanların həyatlarını öncədən gördüklərini, hətta bəxt açdıqlarını deyirlər. Siz bu barədə nə düşünürsünüz?

- Ümumiyyətlə, öncədən görmək bizim dinimizdə qadağandır. Bunlar müqəddəs kitabımıza ziddir. Qurandan öz mənfəəti kimi istifadə etmək məlum məsələdir ki, İslamda bəyənilmir. Amma müəyyən zəruri şərtlər var ki, onları bəzi şeylərlə qarışdırırlar. Kartla fala baxmaq qadağandır. İslamda mövcud olan bütün məzhəblərdə istixarə var. İstixarə bizim Məsumlarımızda var ki, insana bir istiqamət verər. Axtarış edər. Bunu edim, ya etməyim deyə. O ki, qaldı deyirlər, “filan vaxt qarşına biri çıxacaq, o bu şəkildə olacaq”. Bunlar nağıldır. İslamda belə şeylər yoxdur. Hətta orada göstərirlər ki, əməl ediblər.

Anlayışı olmayan insanlar istixarə edirlər. Kimsə mənfəət kimi istifadə edirsə, imanlı insanlara bağlamaq lazım deyil.

- Son zamanlar kişilər qadına, qadınlar kişiyə çevrilmək üçün tibbin imkanlarından istifadə edirlər. Sizcə, cinsi dəyişdirmək İslamda yolveriləndirmi? Bu məsələyə necə baxılır?

- Bu barədə Peyğəmbərimizin Qiyamət günü haqqında buyurduğu tövsiyələr içərisində  də var. Deyirdi ki, “vaxt gələcək kişilər qadınlara, qadınlar kişilərə bənzəyəcək”. Alimlərin də fikriləri var. Xəstəlik kimi dəyərləndirilir. Könüllü şəkildə kişinin özünü qadına, qadının kişiyə çevirməsi İslamda yolverilməzdir.

- Bəzən dini insanları idarə etmək üçün ən güclü alət hesab edirlər. Bu fikirlə razısınızmı?

- Ağıllı, zəkalı və sağlam düşüncəyə malik insanları heç bir qüvvə öz təsiri altına sala bilməz. Ondan alət kimi istifadə edə bilməz. Zəif iradəli insanları isə asanlıqla ələ keçirmək mümkündür. Öz mənfəətləri üçün edə bilirlər. Allahdan qorxan, əhli -beyt sevgisi olan insanlar dindən oyuncaq kimi istifadə edə bilməz.

-  Bu mübarək ayın ilk günündə izləyicilərimizə nə tövsiyə edərdiniz?

- İlk olaraq bütün bəşəriyyətə sülh əmin-amanlıq arzu edirəm. İkincisi, xalqımıza, dövlətimizə bolluq diləyirəm. Gələcəyimizi daha xoşbəxt görmək istəyərəm. Bu ayda Allahdan istəklərin qəbul olunmasını diləyirəm. Heç bir xəstəmizin dərdi əlacsız qalmasın.

Nəzrin Vahid

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər