Bu gündən ölkənin bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. Bu haqda ShimalNews 1 may tarixində məlumat verir.
Qadağa balıqların kürütökmə dövrü ilə əlaqədar elan edilir. Bu proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsullu balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını təmin etməyiblərsə, ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.