top
Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024, 00:01
- ↺ +

Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında 80 yaşında dünyasını dəyişib. Dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Dekabrın 14-də Heydər Əliyevin nəşi Bakıya gətirilib. Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib.

Ümummilli Lider 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

Əliyev Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb, sonra isə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Həmin zaman İkinci Dünya müharibəsi başlanmasına görə təhsilini bitirə bilməyib. 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. Həmin il ona general-mayor rütbəsi verilib.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ildə Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Lakin sovet hökumətinin siyasətinə qarşı olan Əliyev, 1987-ci ildə tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi çalışıb. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri olub, 24 iyun tarixindən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993 və 1998-ci illərdə səsvermə nəticələrinə əsasən, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər