Bu gün Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun mövlud günüdür.
Əsgər Ülvü Məmmədov 29 iyul 1997-ci ildə Quba rayonunun Alekseyevka kəndində anadan olub. Vətən Müharibəsi başlanan zaman döyüşlərə yollanan Ülvü torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək oktybarın 21-i Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 23-də dünyaya göz açdığı kənddə dəfn olunub.
Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.