Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
ShimalNews xəbər verir ki, bu gün qeyri-rəsmi olaraq “sükut günü” adlandırılır.
Qanunvericiliyin tələbinə əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.
Seçkilərlə bağlı seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.