top
Bu gün Cəfər Cabbarlının doğum günüdür - FOTO
20 mart 2025, 11:39
- ↺ +

Bu gün Cəfər Cabbarlının doğum günüdür - FOTO

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, şair, ictimai xadim, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının doğum günüdür. Böyük ədibin anadan olmasından 126 il ötür.

Shimal.News  xatırladır ki, Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul kəndli ailəsində anadan olub. Atası Qafar Cabbarlı kömürçü işləyib. Anası Şahbikə xanım isə evdar qadın olub. Lakin görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. C.Cabbarlının üç yaşı olanda atası vəfat edib və ailənin yükü anası Şahbikə xanımın üzərinə düşüb.

O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək C.Cabbarlını dini məktəblərə qoyub. Cəfər ara-sıra Xızıya gedib, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşüb. Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına Quran oxumağa qoyub. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlarla birlikdə 1905-ci ildə Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli 7-ci müsəlman və rus məktəbinin birinci sinfinə daxil olub.

Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev olublar. Cəfər Cabbarlı 1908-ci ildə məktəbi bitirərək bir müddət ailəyə kömək edib. Sonralar Bakıda Alekseyev adına 3-cü ali ibtidai məktəbdə oxuyub. 1915-ci il aprelin 2-də Cəfər bu məktəbi də bitirib.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alıb. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Lakin o, ərizə yazıb həmin fakültədən çıxıb. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayıb. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirib.

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr olub. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” əsərlərini qələmə alıb, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edib.

“Bahar” adlı şeiri nəşr olunub.

“Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilib. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olub.

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görüb, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edib və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışıb. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürüb. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirib.

Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazıb və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınıb. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərib.

C.Cabbarlının “Oqtay Eloğlu”, ”Gülzar”, ”Dilarə”, ”Dilbər”, ”Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş” və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da qalıb.

C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, “Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da getməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi. İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat etdi”.

C.Cabbarlının cəsədi Semaşko adına xəstəxanaya aparılıb. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilib. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi deyilib. Lakin ədibin qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilməyib. Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilib. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri xiyabana yola salıb.

“ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Zülmətdən doğan işıq” adlı bədii-sənədli film ekranlaşdırılıb. Filmdə Cəfər Cabbarlı rolunu Sumqayıt Dövlət Teatrının aktyoru Şəmistan Süleymanlı canlandırıb.

C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün “Cəfər Cabbarlı mükafatı”nı təsis ediblər.

Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilib.

 

 

Son xəbərlər

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
23 sentyabr 2026, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
23 sentyabr 2026, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
23 sentyabr 2026, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
23 sentyabr 2026, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
23 sentyabr 2026, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
23 sentyabr 2026, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
23 sentyabr 2026, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
23 sentyabr 2026, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
23 sentyabr 2026, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
23 sentyabr 2026, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
23 sentyabr 2026, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
23 sentyabr 2026, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Oxşar xəbərlər