“Bir sıra ucqar rayonlarda hətta fənn müəllimlərinin yeri boş qalır”.
SİA-nın məlumatına görə, bu fikirləri təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Ekspert qeyd edib ki, bu yerləri namizədlər seçmir: “Təsviri incəsənət, texnologiya, musiqi kimi ixtisaslarda da boş yerlərin sayı nisbətdə çox olur. Əmək haqqı, ərazi faktoru, məsafə və bu kimi problemlər ucbatından müəllimlər seçim etmirlər. Eyni zamanda, paytaxt Bakıda belə rus sektoru üzrə demək olar ki, bütün fənlərdən müəllim çatışmazlığı müşahidə edilir”.