top
Hökümə Əliyevanın atasının oğurlanan pulları qaytarıldı - YENİLƏNİB
18 yanvar 2025, 14:45
- ↺ +

Hökümə Əliyevanın atasının oğurlanan pulları qaytarıldı - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

DİN Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxsləri müəyyən etdi, zərər ödənildi.

Gencexeber.az-ın məlumatına görə, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

13:45

Xəbər verdiyimiz kimi AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Özünü “Kapital bank”ın işçisi olaraq təqdim edən şəxs 80.507 manat pulu mənimsəyib.

Gencexeber.az–ın məlumatına görə, bu məsələ insanlar arasında narahatlığa səbəb olub. Hər kəs bu kimi irihəcmli əməliyyatın necə həyata keçirildiyi sualı ətrafında düşünür. Məsələni aydınlaşdırmaq üçün bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxlanılıb.

Ekspertin sözlərinə görə, ümumiyyətlə son illər ərzində vətəndaşlarımızın kart hesablarından pulun çəkilməsi məlumatları ilə qarşılaşırıq:

“Bu kimi hallar get-gedə artır. Bəzən də onlayn kredit götürmək adı ilə aldadırlar. Bu dələduzluq əməllərində ən çox adı çəkilən banklar “Kapital bank” və “Beynəlxalq bank”dır. Elə həftə yoxdur ki, bu kimi problemlə bağlı hansısa vətəndaş mənə müraciət etməsin.

Hətta 26 dekabr tarixində ekspertlərin Mərkəzi Bankın sədri ilə görüşləri keçiriləndə Taleh Kazımova bu sualı ünvanlamışam. Bildirdim ki, hər gün bu problem çıxır. Əsas problemlər elə böyük banklardadır. Taleh Kazımov bu məsələni nəzarətə götürdüyünü və bankların qüsurunun maarifləndirmə işi aparmamaqları olduğunu söylədi. Dedi, əməliyyatlar böyük banklarda çox olduğu üçün problemlər də həmin banklarda olur.

Orta və xırda banklardan heç kəs belə müraciət etmir. Bəzi banklar üzrə belə müraciətlər ümumiyyətlə yoxdur. Əsas iki bank ilə bağlı bu müraciətlər gəlir. Bəzən vətəndaşların öz günahları da var. Zəng edirlər. Deyir, bankın işçisiyəm. Ona bütün məlumatlarını ötürür”.

Ekspert qeyd edib ki, banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb:

“Banklarda təhlükəsizlik mexanizmləri olmalıdır. Müəyyən əməliyyatları şübhəli görəndə onların keçirilməsinə imkan verməməlidirlər. Banklarda limitlər olmalıdır. Bir əməliyyatdan 80 min pul çıxarılır. Az məbləğ deyil. Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb. Bank irihəcmli əməliyyatları yoxlamalı və SMS göndərməlidir.

Əsas problem odur ki, böyük banklar müştəri və məbləğ həcminin ardıyca qaçırlar. Buna görə də onlarda təhlükəsiz sistemləri yoxdur. Bu məsələləri qətiyyən fikirləşmirlər. Üzərilərinə götürdükləri bu həcmi həzm edə bilmirlər”.

“Mən inanıram ki, Milli qəhrəman Hökümə Əliyevanıın ailəsində olan problem həllini tapacaq. Ona kompensasiya ödəniləcək. Lakin inanmıram ki, o pulu oğurlayanı müəyyən edəcəklər. Bu kimi əməllər adətən xaricdən edilir. Onlarla, yüzlərlə kompensasiya ödənilməyən şəxslər var ki, hətta məhkəmə iddiaları təmin edilmir. Vətəndaşın məlumatı olmadan onlayn kredit verənlər də olub. Bu sahədə bank sistemimiz çox bərbaddır”, – deyə sonda Ə.Həsənov fikrini tamamlayıb.

Məsələ ilə bağlı Gencexeber.az–ın əməkdaşı “Kapital Bank”a sorğu ünvanlayıb.

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Arzu Əliyeva açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılıb:

“Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”.

DİN Mətbuat Xidmətindən isə bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər