Balakəndə yerin təkindən qanunsuz istifadənin qarşısını almaq istiqamətində tədbirlər keçirilib.
Shimal.News xəbər verir ki, polis əməkdaşları tərəfindən Balakənçayda qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 6 nəfər müəyyən olunub.
Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.