Balakən rayonunun Qazma kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 121 kv.m olan ikimərtəbəli 7 otaqlı ev yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın söndürülüb.