top
Balakəndə dəhşətli qətl: Azyaşlı oğul atasını baltaladı
29 yanvar 2025, 12:54
- ↺ +

Balakəndə dəhşətli qətl: Azyaşlı oğul atasını baltaladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakəndə atasını balta ilə öldürən oğula cəza verilib.

İnsanoid.сom–un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyə keçirilib.

Belə ki, təqsirləndirilən Cavid Bayramov (ad şərtidir) 2008-ci ildə Balakən rayonunda anadan olub. 2023-cü ilin dekabrın 22-də mətbəxdə onun atası Qəhrəman Bayramovla anası Arzu Bayramova arasında mübahisə yaranıb. Mübahisə zamanı kişinin bıçağı arvadının boğazına dirəməsi, təhqir edərək öldürməklə hədələməsi Cavidin əsəbinə toxunub. Bu səbəbdən o, qonaq otağında saxladığı balta ilə Qəhrəman Bayramovu başının arxasından vurub. Atası yerə yıxıldıqdan sonra balta ilə daha iki dəfə zərbə vuraraq öldürüb.

Cavid Bayramov Azərbaycan Respublikası CM-nin 120.1-ci (amansızlıqla həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən Cavid Bayramov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:

“Anam balıq doğramaq üçün qonşudan balta gətirməyimi istədi. Mən də birinci mərtəbədə yaşayan Məryəmgildən baltanı götürüb evə qayıtdım. O, balığı doğradıqdan sonra baltanı eyvana qoymuşdu. Bir müddət sonra mətbəxdə anamla atamın mübahisə etdiyini eşitdim. Baltanı qonşuya qaytarmaq üçün eyvana çıxanda kişinin araq içərək anama qışqırdığını gördüm. Etdikləri mübahisəyə görə baltanı qonaq otağına aparıb, onların davalarına qulaq asdım. Qəhrəmanın bıçağı anamın boğazına dirədiyini gördüm. Öldürəcəyindən qorxaraq qonaq otağına qoyduğum baltanı götürüb anamı xilas etmək üçün onu başından vurdum.

Atamı öldürdüyüm üçün polisə təslim olacağımı dedim. Anam məni getməyə qoymadı. İzi itirmək üçün qardaşımla meyiti sellofana büküb, çaya atdıq. Əmimgilə də atamın evdən çıxıb, geri qayıtmadığını dedik”.

Daha sonra məhkəmədə təqsirləndirilən Cavid Bayramovun anası Arzu Bayramova ifadə verib:

“Balakən rayon məhkəməsinin qərarı ilə həyat yoldaşımın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Həmin vaxtdan etibarən hər gün içməyə və mənimlə mübahisə etməyə başladı. Hadisə günü Qəhrəman mətbəxdə araq içərkən mənə qarşı əxlaqsız iddialar irəli sürdü. Guya mən polis Bəxtiyarla cinsi münasibətdə olmuşam. Belə sözlər işlətməməsi üçün irad bildirdim. Bu zaman bıçağı boğazıma dirədi və öldürməklə hədələməyə başladı. Cavid bunları eşidib mətbəxə gəldi, əlindəki balta ilə Qəhrəmanın başından vurararaq öldürdü. Oğlum polisə təslim olmaq istəsə də, mən razılaşmadım. Cavid digər oğlum İlyasla birlikdə mətbəxi təmizlədikdən sonra meyiti aparıb uzaq bir yerə, kanala atmaq qərarına gəldilər”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Məhkəmənin qərarı ilə Cavid Bayramov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azyaşlı olduğu üçün cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər