2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq.
Report.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55,7 % azdır.
Xatırladaq ki, Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.