Xaçmaz sakini paytaxt ərazisində evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir. Bu haqda ShimalNews 23 noyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinə daxil olan məlumata əsasən, Biləcəri qəsəbəsində yerləşən evdən 4700 manat dəyərində əşyalar talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə əməli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Emin Rüstəmov, Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.
Araşdırma aparılır.