top
Bakı-Qroznı təyyarəsinin “Pansir-S” hücumuna məruz qaldığı iddia edilir
26 dekabr 2024, 17:25
- ↺ +

Bakı-Qroznı təyyarəsinin “Pansir-S” hücumuna məruz qaldığı iddia edilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pansir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.

Shimal.News xəbər verir ki, Caliber.Az redaksiyasının etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, araşdırmanın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi ərazisində bərpa olunub.

Qeyd edək ki, Rusiya mənbələrinin məlumatına görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna PUA-larını vurmağa cəhd edib. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz aparatın hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı olsa da, bu, edilməyib.

Çeçenistan üzərindəki hava məkanında uçuşa qadağa zonası elan edilməməsi də böyük sualdır. Məlumdur ki, Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, bizim laynerə həm də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına da eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Bu tövsiyənin bir məqsədlə verildiyini güman etmək olar: təyyarə Xəzər dənizinə düşəcək, bütün şahidlər öləcək, təyyarə isə batacaq. Bununla belə, qeyd edirik ki, bu, bizim fərziyyəmizdir. Rusiya mediasında yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Təyyarənin salonunda lentə alınan videogörüntülərdə iki sərnişinin qəlpələrdən yaralandığı görünür. Laynerdə eşidilən partlayışlarla bağlı ifadələr də daxil olmaqla, bütün ifadələr hava hücumundan müdafiə sisteminin fəaliyyətinə işarə edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə göz qabağındadır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. . Bununla belə, Bakı müəyyən edilmiş faktları nəzərə alaraq, Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və hərtərəfli araşdırma aparacağını və bunun nəticəsində bütün günahkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir.

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər