İsmayıllı Olimpiya İdman Kompleksində Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisasların qabiliyyət imtahanları keçirilib. Bu barədə ShimalNews 14 iyul tarixində məlumat verir.
İmtahanlar 10-14 iyul tarixlərində Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub. Burada qurum və mərkəz əməkdaşları ilə yanaşı, könüllülər də yaxından iştirak ediblər.