top
Xaçmazda sürücüləri çaşdıran yol - 100 manat və 3 bal
Video
29 avqust 2026, 11:56
- +

Xaçmazda sürücüləri çaşdıran yol - 100 manat və 3 bal

Xaçmaz şəhərində yol hərəkətinin təşkili ilə bağlı sürücülərin narazılığına səbəb olan vəziyyət yaranıb.

Shimal.News-a müraciət edən vətəndaşların sözlərinə görə, N.Nərimanov küçəsində (M.Ə.Rəsulzadə küçəsi ilə kəsişmədə) iki zolaq bir zolağa yönləndirilir. Lakin həmin istiqamətdə hərəkət davam edir və sürücünün manevrin hansı qaydada aparılmalı olduğunu dəqiq müəyyənləşdirməsi çətinləşir.

Sürücülər bildirirlər ki, vəziyyəti daha da mürəkkəbləşdirən məqam "Bir istiqamətli hərəkət yolunun sonu" nişanının yalnız təxminən 10 gün əvvəl quraşdırılmasıdır.

Məsələyə görə narazılığını bildirən sürücülərdən biri qeyd edib ki, ötən ay Sumqayıtdan Xaçmaza qonaq gəlib və EQ37233161 nömrəli protokolla cərimələnib. Bildirilib ki, protokol İXM-in 327.2-ci maddəsi üzrə tərtib olunub və 100 manat ilə yanaşı 3 cərimə balı nəzərdə tutur.

Sürücünün sözlərinə görə, protokolun tərtib edildiyi vaxt həmin ərazidə hazırda quraşdırılan nişan olmayıb. O, həmin tarixdə ərazinin vəziyyətini əks etdirən video görüntüləri də çəkib.

Vətəndaş hesab edir ki, yol nişanlarının sonradan quraşdırılması həmin tarixdə onun hərəkətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.

Sürücülər aidiyyəti qurumlardan yolun hərəkət sxeminin daha aydın təşkil edilməsini, nişan və xətlənmənin sürücülər üçün anlaşılmazlıq yaratmayacaq formada tətbiq olunmasını, həmçinin cərimələr zamanı pozuntunun hansı əsasla müəyyən edildiyinin aydın göstərilməsini istəyirlər.

Son xəbərlər

İdman
Bu gün, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Bu gün, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Bu gün, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Bu gün, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Bu gün, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Bu gün, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

Oxşar xəbərlər