Şəkidə uzun illər səhiyyə sahəsində fəaliyyət göstərən həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib.
Shimal.News xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, Nofəl İbrahimov uzun illər dermatologiya sahəsində çalışıb, peşəkarlığı, insanlara qayğısı və işinə sədaqəti ilə seçilib. O, zəngin bilik və təcrübəsi ilə həmkarlarının və pasiyentlərinin hörmətini qazanıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasının kollektivi mərhumun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib, səbir diləyib.
Allah rəhmət eləsin.