"Azərpoçt" MMC "AzPost Mobile" adlı yeni mobil tətbiq istifadəyə verib.
"Report" şirkətə istinadən xəbər verir ki, tətbiq “Azərpoçt”a məxsus plastik kartlardan istifadə edən bütün fiziki şəxslər üçün nəzərdə tutulub. Onun vasitəsilə kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür. Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlara limitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir.
Proqram vasitəsilə kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s. ödənişləri icra edə bilər. Tətbiqi “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür.
Gələcəkdə poçt məhsulları üzrə məlumatların alınması üçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.