Xudatda keçirilən aksiyada Xaçmaz RQİİ-nin (Regional Qaz İstismar İdarəsi) rəhbər şəxsləri iştirak ediblər. Bu barədə ShimalNews 22 noyabr tarixində məlumat verir.
“Səyyar qəbul otağı”na cəmi 7 sakin müraciət edib. Onlardan 5 nəfər fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.
Vətəndaşlara məlumat verilib ki, SOCAR-nin “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti ilə həyata keçirilməlidir. İstisna hal şəhid ailələrinə və qazilərə şamil edilir.
Xaçmaz RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.