İsmayıllıda Ağsu RQİİ-nin rəhbərliyi rayon xidmət sahəsinin əməkdaşları ilə görüşüb. Bu barədə ShimalNews 28 sentyabr tarixində Regional Qaz İstismar İdarəsinə (RQİİ) istinadən məlumat verir.
Qəbulda qurum əməkdaşlarını narahat edən suallar səsləndirilib. Onların həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib. Eləcə də işçilərin əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsi kimi məsələlər müzakirə olunub.