top
Azərbaycandakı dini konfessiyalardan Starmerə müraciət
25 mart 2025, 15:33
- ↺ +

Azərbaycandakı dini konfessiyalardan Starmerə müraciət

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiyanın Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar.

Shimal.News  xəbər verir ki, müraciətdə deyilir:

- Hörmətli Baş nazir,

Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə Sizə ünvanladığı və yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün Sizə müraciət edirik. Bölgəmizdəki siyasi hadisələrə din prizmasından baxaraq, bu məktub yanlış məlumatlar ehtiva edir və açıq şəkildə Ermənistanla Azərbaycan arasında mövcud sülh prosesini təhlükəyə atmaq səylərinin bir hissəsidir.

Ermənistanla Azərbaycan arasında münaqişənin yeganə səbəbi 30 ildən artıqdır ölkəmizin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı olub. İndi Azərbaycan öz ərazilərini azad etdikdən, beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra münaqişə başa çatdı.

Hazırda Azərbaycanda məhkəmə qarşısına çıxan erməni vətəndaşlar “əsir” və ya “hərbi əsir” deyillər. 1991-2023-cü illərdə, eləcə də SSRİ-nin son illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətdiklərinə dair çoxsaylı etibarlı və konkret sübutlar mövcuddur. BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında" 2019-cu il üzrə hesabatda (a/74/676 – S/2020 / 90) ermənilərin işğal zamanı törətdikləri insanlıq əleyhinə cinayətlər haqqında ətraflı məlumat verilir.

Bəzi şəxslərin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil hüququ təmin olunur, heç vaxt hər hansı bir pis rəftardan şikayət etməyiblər və məhkəmə prosesləri şəffaf şəkildə aparılır. Bu yaxınlarda - martın 13-də BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyində (a/HRC/VGAD/2024/46) Ruben Vardanyan işi üzrə ədalətli məhkəmə icraatından imtina edilməsi barədə iddialar rədd olundu, məhkəmə prosedurları isə beynəlxalq standartlara uyğun olaraq qəbul edildi.

Bu məhkəmə prosesi günahsız təcavüz qurbanlarının hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi və hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə Azərbaycanın münaqişədən sonrakı səylərinin bir hissəsidir. Ona görə də bu erməni şəxslərin azad edilməsi çağırışları müharibə cinayətlərinin qurbanı olmuş minlərlə azərbaycanlıya hörmətsizlik, eləcə də Azərbaycanın məhkəmə sisteminə müdaxilə əlamətidir. Bu çağırışlar həmçinin beynəlxalq normaların, eləcə də insanlığın əsas prinsiplərinin təhqir və pozulmasıdır. Cəzasızlıqla barışmaq olmaz.

Hörmətli Baş nazir, Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi unikal məkandır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və biz fəxr edirik ki, dünyada etnik, dini, irqi ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər konfessiyaların nümayəndələrinin harmoniya, firavanlıq şrəaitində necə bir yerdə yaşamalarının nümunəsi kimi çıxış edir.

Hamımız bilirik ki, eyni şey İngiltərə üçün də xasdır. Burada inklüzivlik, inteqrasiya və qarşılıqlı hörmətə sadiqlik həyatın bütün təbəqələrindən olan insanların inkişaf etmələrinə və harmoniyada yaşamalarına imkan verdi.

Böyük Britaniyada yaşayan və inkişaf edən Azərbaycan icması Britaniya cəmiyyətinin qonaqpərvərliyinin və həmrəyliyinin bariz nümunəsidir. Ermənistanla Azərbaycan arasında əvvəlki münaqişənin dinlə heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, bəzi erməni din xadimləri sülh prosesini pozmaq üçün Ermənistan ilə Azərbaycan arasında əvvəlki münaqişə kontekstində ixtilaf doğuran dini ritorikadan istifadə ediblər.

Erməni cəmiyyətindəki bu daxili fikir ayrılıqlarının indi başqa ölkələrə yayılması təəccüblü olmasa da, London arxiyepiskopu və Böyük Britaniyanın bəzi digər dini liderlərinin yalan şərhlər əsasında bölgəmizdə siyasi müzakirələrə cəlb edilməsi narahatlıq doğurur.

Ermənistan və Azərbaycan 2020-ci ildən intensiv sülh danışıqları aparırlar. Nəzərəçarpan irəliləyiş olsa da, bir neçə məsələ həll edilməmiş qalır. Biz Böyük Britaniyaya Ermənistanla Azərbaycan arasında keçmiş münaqişəyə dair balanslaşdırılmış mövqeyinə və regionumuzda mövcud sülh prosesini dəstəklədiyinə görə minnətdarıq. Biz əminik ki, Böyük Britaniya hökuməti Azərbaycanın regionda möhkəm sülhün bərqərar olması, eləcə də öz vətəndaşları üçün ədalətin təmin edilməsi üzrə səylərini bundan sonra da dəstəkləyəcək. Son dərəcə məsuliyyətli işinizdə Sizə ən xoş arzularımızı bildirir, Birləşmiş Krallıq xalqının daha da çiçəklənməsi və rifahı üçün dua edirik.

Səmimiyyətlə,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-Udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Bakıdakı Sefarad Yəhudi Dini İcmasının rəhbəri.

 

 

 

Son xəbərlər

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
23 sentyabr 2026, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
23 sentyabr 2026, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
23 sentyabr 2026, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
23 sentyabr 2026, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
23 sentyabr 2026, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
23 sentyabr 2026, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
23 sentyabr 2026, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
23 sentyabr 2026, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
23 sentyabr 2026, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
23 sentyabr 2026, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
23 sentyabr 2026, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
23 sentyabr 2026, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Oxşar xəbərlər