top
Azərbaycanda siyasi partiyalar birgə bəyanat yaydı
26 dekabr 2024, 10:41
- ↺ +

Azərbaycanda siyasi partiyalar birgə bəyanat yaydı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.

Shimal.News bəyanatı təqdim edir:

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılıb, ölkədə bir günlük matəm elan olunub.

İnanırıq ki, müvafiq dövlət qurumları qəzanın nəticələrini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək.

Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.

Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq.

Uca Allah xalqımızı bəlalardan qorusun!


  1. Yeni Azərbaycan Partiyası

  2. Vətəndaş Həmrəyliyi Partiyası - Sabir Rüstəmxanlı

  3. “Ana Vətən” Partiyası - Fəzail Ağamalı

  4. Ədalət, Hüquq, Demokratiya Partiyası - Qüdrət Həsənquliyev

  5. Böyük Quruluş Partiyası - Fazil Mustafa

  6. Demokratik İslahatlar Partiyası - Asim Mollazadə

  7. Azərbaycan Demokratik Maarifçilik Partiyası - Elşən Musayev

  8. Milli Cəbhə Partiyası - Razi Nurullayev

  9. “Azərbaycan Milli İstiqlal” Partiyası - Arzuxan Əlizadə

  10. “Böyük Azərbaycan” Partiyası - Elşad Musayev

  11. Haqq Ədalət Partiyası - Əli İnsanov

  12. Vəhdət Partiyası - Tahir Kərimli

  13. Azərbaycan Ümid Partiyası - İqbal Ağazadə

  14. Azərbaycan Demokrat Partiyası - Sərdar Cəlaloğlu

  15. Azərbaycan Xalq Partiyası - Pənah Hüseyn

  16. Milli Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev

  17. Ədalət Partiyası - İlyas İsmayılov

  18. Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev

  19. AĞ Partiyası - Tural Abbaslı

  20. REAL Partiyası - Natiq Cəfərli

  21. Azad Vətən Partiyası - Akif Nağı

  22. Müasir Müsavat Partiyası - Hafiz Hacıyev

  23. Yeni Zaman Partiyası - Musa Ağayev

  24. Gələcək Azərbaycan Partiyası - Ağasif Şakiroğlu”.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər