top
Azərbaycanda qorxunc zəlzələ gözlənilir? - EKSPERT RƏYİ
15 fevral 2025, 10:27
- ↺ +

Azərbaycanda qorxunc zəlzələ gözlənilir? - EKSPERT RƏYİ

Aktivlik ən çox Xəzərdə büruzə olunur, amma bu o demək deyil ki, Azərbaycanın digər ərazilərində olan aktiv seysmik zonalar sakitdir.

Modern.az-ın məlumatına görə, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib.

Seysmoloqun sözlərinə görə, 2025-ci ildə aktivlik davam edəcək:

“Hiss olunan zəlzələlərin olacağını istisna etmirəm. 4, 4.5 hətta 5 maqnitudalı zəlzələlər ola bilər. Çünki qonşu bölgələr aktivdir, ola bilməz ki, Azərbaycan ərazisi seysmik və tektonik baxımdan sabit istiqamətdə inkişaf etsin. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir. Çünki Azərbaycan ərazisi hüdudlarında yerdəyişmələr digər ərazilərlə müqayisədə intensiv deyil. Amma hiss olunan zəlzələlər qaçılmazdır”.

Ekoloq-seysmoloq Ənvər Əliyev də mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil: “Son dövrlərdə çox proqnozlar verirlər. Zəlzələnin qabaqcadan xəbər verən adama falçı deyilir. Elmi tədqiqatla məşğul olan adamların zəlzələ haqqında əvvəlcədən nə isə deməyi düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda zəlzələ ilə məşğul olan adam yoxdur”.

Ekpert qeyd edir ki, Azərbaycan seysmik ərazidə yerləşdiyinə görə zəlzələlərin olması labüddür: “Azərbaycanın ən güclü zəlzələ zonası Böyük Qafqazın cənub yamacı 8-9 ballıq (Şəki-Zaqataladan Şamaxıya qədər), Naxçıvan, Xəzər dənizinin bəzi hissələri 7-8 ballıq, Bakı şəhəri də 7-8 ballıq qiymətləndirlir. Kür-Araz ovalığı 5-6 ballıq , Quba-Xaçmaz zonası da 7-8 ballıqdır. Talış dağları da zəlzələ zonası sayılır. Ümumiyyətlə, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlığının bir hissəsi olmaqla dünyanın üç ən böyük seysmik qurşağının birində yerləşir. Burada zəlzələlərin olması labüddür. Hər gün silkələnmələr olur. Bunlar seysmoloji stansiyalarda qeydə alınır, bəzən də heç almırlar. Təşviş yaratmaq lazım deyil. Sadəcə olaraq yeni  tikililəri, yol infrastrukturunu, yardımçı strukturları qurarkən bir fikir olmalıdır ki, biz dünyanın ən seysmik zonalarından birində yerləşirik. Tikinti işləri də bu istiqamətdə aparılmalıdır”.

Son xəbərlər

Hadisə
Bu gün, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
Bu gün, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
Bu gün, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
Bu gün, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
Bu gün, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
Bu gün, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
Bu gün, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
Bu gün, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
Bu gün, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
Bu gün, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Cəmiyyət
Bu gün, 12:03

Müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı tarix açıqlandı

Faydalı
Bu gün, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Bu gün, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Bu gün, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Bu gün, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Bu gün, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Oxşar xəbərlər